“Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində qadınlardan ibarət sapyor heyəti yaradılacaq.
yasamal.tv trend-ə istinadən xəbər verir ki, bu barədə “Məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün ANAMA-nın imkanlarının artırılmasına dəstək” layihəsinin təqdimatına həsr olunmuş tədbir zamanı ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə deyib.
Onun sözlərinə görə, gələcəkdə QHT tərəfindən tənzimlənəcək digər minatəmizləmə heyətlərinin də yaradılacağı gözlənilir.
“Bundan başqa, agentliyimizin informasiya sistemi müasirləşdiriləcək”, – o əlavə edib.