Sumqayıtda oğlan atasının evindən pul oğurladı

11

Sumqayıt şəhərində evdən 15 000 dollar və qızıl-zinət əşyaları oğurlanıb.

yasamal.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhər ərazisində yerləşən mənzillərin birindən 15 000 ABŞ dolları və qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin ev sahibinin oğlunun törətməsinə əsaslı şübhələr müəyyən olunub və o saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin