Yaponiyanın “Toyota Motor” şirkəti 2022-ci ildə ən çox avtomobil satan şirkət olub.
yasamal.tv xəbər verir ki, “Toyota Motor” şirkəti ötən il 10,5 milyon avtomobil satıb.
Bu göstəriciyə baxmayaraq, şirkətin qlobal satışlarının 0,1 faiz azaldığı bildirilir.
Yaponiyada “Toyota” avtomobillərinə tələbat 9,6 faiz azalaraq 1,9 milyona düşüb, lakin daxili satışlardakı azalma 8,6 milyon avtomobilin xaricə rekord satışı ilə kompensasiya edilib.
“Toyota”nın əsas rəqibi “Volkswagen” şirkəti 2022-ci ildə 8,3 milyon avtomobil sata bilib.