“Alman-Azərbaycan Dostluq Cəmiyyəti” və “Azerbaijani Ladies Club”un təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan videoçarx hazırlanıb.
yasamal.tv xəbər verir ki, videoçarxın hazırlanmasında əsas məqsəd xaricdə yaşayan azərbaycanlı uşaqların milli ruhda tərbiyə olunması və onlara vətənpərvərlik hisslərinin aşılanmasıdır.
Buna görə də Cəmiyyət dünyanın 19 ölkəsində yaşayan soydaşlarımızın azyaşlı övladlarını internet üzərindən bir araya gətirərək, dahi Azərbaycan şairi S.Vurğunun “Azərbaycan” şeirini onların dilindən səsləndirərək videoçarx halına gətirib.
Təsadüfi deyil ki, müxtəlif uşaqların ifasında səslənən şeirin sonluğu ulu öndər Heydər Əliyevin eyni şeiri səsləndirməsi ilə birləşdirilib və yayımına xüsusi orjinallıq qatılıb. Cəmiyyət ümid edir ki, bu qəbildən olan layihələrin gerçəkləşdirilməsi xaricdə yaşayan soydaşlarımızın doğma Vətənlərinə bağlılıqları istiqamətində böyük töhfə verəcək.
yasamal.tv