Koronavirus silahlanmanı azaldacaq – SİPRİ

15

“Koronavirus pandemiyası şəraitində silahlanma üçün xərclər yaxın iki ildə azalacaq”.

yasamal.tv xəbər verir ki, bunu Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqatı İnstitutunun direktoru Den Smit deyib. O bununla belə xərclərin qəfil azalmayacağını bildirib:

“2019-cu ildə silahlanma üçün xərclər 1,9 trilyon dollar təşkil edib. Bu, rekord göstəricidir. 2020-2021-ci illərdə xərclərin azalmasını gözləmək lazımdır. Bu azalmanın nə qədər çox olacağını söyləmək çox çətindir. Təəssüf ki, xərclərin kəskin azalması üçün heç bir bəhanə yoxdur”.(axar.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin