Putin yenidən prezidentliyə namizəd olacaq

13

Rusiya prezidenti Vladimir Putin növbəti seçkilərdə də iştirak edəcək.

yasamal.tv xəbər verir ki, bu barədə “Kommersant” nəşri Kremldəki mənbələrinə istinadən yazıb.

Bildirilib ki, Putin artıq seçki kampaniyasına start verilməsi ilə bağlı göstəriş verib.

Qeyd edək ki, Rusiyada prezident seçkilərinin 17 mart 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulub. Növbədənkənar seçkilər olmayacağı təqdirdə seçki bu tarixdə keçiriləcək. Təbliğat-təşviqat kampaniyası qanunvericiliyə müvafiq olaraq bu ilin dekabr ayında başlamalıdır.

Putin 1999-cu ilin dekabrın 31-də Boris Yeltsinin istefasından sonra Rusiya prezidenti olub. 2008-2012-ci illərdə onu Dmitri Medvedev əvəzləyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin