Özbəkistanın şərqindəki Əndican vilayətində zooparkın işçisi ayının hücumuna məruz qalaraq ölüb.
yasamal.tv xəbər verir ki, zoopark işçisi ayını yemləmək üçün onun qəfəsinə girib. Bu zaman heyvan onun üstünə qaçaraq boynunu dişləyib. Kişi aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.