Bu ilin yanvar-noyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 390,7 milyon manat kredit verilib.
yasamal.tv xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % çoxdur.
Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 7,5 % azalaraq 350,4 milyon manata düşüb.
Ötən 11 ayda İKZF istiqraz buraxmaqla 375 milyon manat vəsait cəlb edib ki, bu da 1 il əvvələ nisbətən 87,5 % çoxdur. İl ərzində Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,9 % artaraq 95,2 milyon manata çatıb.