Pakistanın paytaxtı İslamabad şəhərinin cənub-qərbində baş verən partlayış nəticəsində azı 1 polis ölüb, daha 3 nəfər yaralanıb.
yasamal.tv xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Məlumata görə, hadisə polis şübhəli taksini yoxlamaq istəyərkən baş verib. Avtomobili idarə edən terrorçu-kamikadze polis yaxınlaşarkən partlayıcı qurğunu işə salıb.