Hollivud aktyoru Conni Depp və aktrisa Ember Herd aralarındakı münaqişə ilə bağlı razılığa gəliblər.
yasamal.tv xəbər verir ki, Ember Herd bu barədə instaqram hesabında paylaşım edib.
O bildirib ki, keçmiş ərinə bir milyon dollar ödəyəcək və bununla da münaqişə yekunlaşacaq.
Bunun üçün Ember evini satmalı olub.
Xatırladaq ki, 2015-ci ildə evlənən cütlük 2 ildən sonra boşanıb. Qadın aktyoru məişət zorakılığında ittiham edirdi. Öz növbəsində, Depp aktrisanı böhtan atmaqda ittiham edib. Məhkəmə aktyoru haqlı bilib və Ember Herdin pul konpensasiyası ödəməsinə dair qərar çıxarıb.