Türkiyəli müğənni Gökhan Özen infarkt keçirib.
yasamal.tv xəbər verir ki, 43 yaşlı ifaçı bu barədə sosial media hesabında yazıb.
“Dünən gecə yarısı Los-Ancelesdəki evimdə infarkt keçirdikdən sonra xəstəxanada bir müddət nəzarət altında qaldım və daha sonra evə buraxıldım. Belə xəbərləri sizinlə bölüşmək istəməzdim, amma yaxşı günlər kimi pis günlər də var. Bundan sonra müayinələri davam etdirəcək və stresdən uzaq, sakit bir həyat sürəcəyəm” deyə, Gökhan paylaşımında bildirib.