Mərkəzi Bankın məlumatına görə əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 29,4 faiz artaraq 2022-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 11500,0 milyon manat təşkil edib.
yasamal.tv xəbər verir ki,bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
Əmanətlərin 61,4 faizi milli, 38,6 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,0 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 15,5 faiz artıb.