Bu gün Dövlət Statistika Komitəsinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
yasamal.tv xəbər verir ki, hərəkətdə olan Dövlət Yol Polisinə məxsus “BMW” markalı avtomobil “Toyota Prius” markalı avtomobilə çırpılıb. Hadisə bu gün axşam saat 02:07 radələrində baş verib.
Qəza nəticəsində Gənc Tamaşaçılar Teatrının aktyoru İmran Qurbanov bədən xəsarətləri alıb.
Redaksiyaya verilən məlumata görə, o, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda həkim nəzarətinə alınıb.