Müğənni Samir Bağırov səhnədən tez-tez getməsi haqda sualları cavablandırıb.
yasamal.tv xəbər verir ki, sənətçi “Space maqazin”ə açıqlamasında problemləri olduğunu bildirib:
“Səhnədəyəm, heç yerə getmirəm. Biz də insanıq, xəstələnə bilərik, şəxsi həyatımızda problemlər yarana bilər. Bunlara görə biraz sənətimə ara vermişdim. Amma artıq bunlar geridə qaldı”.
S.Bağırov bildirib ki, yeni mahnılar yazdırır. (axsam.az)