Bu il Memarlar İttifaqı yanında “Vətəndaş” ictimai hərəkatı yaradılıb və qısa müddətdə təkcə Bakı şəhərində 70-dən çox tarixi bina bərpa edilib, şəhərsalma qaydalarının pozulması faktları aradan qaldırılıb.
yasamal.tv xəbər verir ki, bu sözləri Bakıda keçirilən Memarlar İttifaqının XX qurultayında İttifaqın sədri Elbay Qasımzadə deyib.
O vurğulayıb ki, Memarlar İttifaqı gənc həmkarların yaradıcılığına diqqəti və dəstəyi, onların İttifaqın idarəolunmasına cəlb edilməsini artırıb.