Mingəçevirdə yol qəzası: 6 yaralı

11

Mingəçevirdə avtomobillər toqquşub.

yasamal.tv-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Energetiklər qəsəbəsində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-2110” markalı minik avtomobilləri hərəkətdə olan zaman toqquşub. Nəticədə 6 nəfər – 2010-cu il təvəllüdlü İ.Abdullazadə, 1987-ci il təvəllüdlü Samir Abdullayev, 1975-ci il təvəllüdlü Bayram Quliyev, 1972-ci il təvəllüdlü Elçin Xəlilov, 1972-ci il təvəllüdlü Aydın Əkbərov və 1978-ci il təvəllüdlü Qismət Cəmilov xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Yaralıların vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin