Gədəbəydə kişi arvadını balta ilə öldürdü

10


Gədəbəy rayonunun Şəkərbəy kəndi ərazisində 1990-ci il təvəllüdlü Könül Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

yasamal.tv xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, aparılan araşdırmalarla zərərçəkmişin əri, 1990-cı il təvəllüdlü Elməddin Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı balta ilə çoxsaylı xəsarətlər yetirərək Könül Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinin müayinəsini aparırlar.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin