“Cheers” (1982-1993) serialındakı “Rebekka Hou” rolu ilə məşhurlaşan amerikalı aktrisa Kirsti Elli 72 yaşında vəfat edib.
yasamal.tv xəbər verir ki, bu barədə aktrisanın övladları onun “Twitter” səhifəsində məlumat veriblər.
Aktrisa diaqnozu bu yaxınlarda qoyulmuş xərçənglə mübarizə apardıqdan sonra vəfat edib.
O, iki dəfə “Emmy” mükafatına layiq görülüb.