Əmlak bazarında durğunluq: “Bu tarixdən evlərin qiyməti artacaq”

14

“Gələn ildən etibarən əmlak bazarında dinamiklik hiss olunacaq”.

yasamal.tv xəbər verir ki, bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, əmlak bazarında qiymətlərin vətəndaşların maddi vəziyyətinə əlçatanlığı arzuolunan səviyyədə deyil:

“Son zamanlar Bakıda mənzil bazarında qiymət artımında zəifləmə deyil, sadəcə stabillik hökm sürür. Yəni qiymətlər nə qalxır, nə də enir. Hazırda sadəcə 2 faizə yaxın artım var ki, bu da bahalaşma hesab olunmur. Məlumdur ki, avqustun sonları və sentyabr ayından başlayaraq daşınmaz əmlak bazarında qiymətlərdə artım müşahidə olunmuşdu. Bu artım hazırkı aylarda tədricən sabitləşib. Ona görə də hələlik qiymətlərdə dinamiklik yoxdur. Lakin gələn ildən etibarən dinamiklik hiss olunacaq. Alıcılıq qabiliyyətinə gəlincə, daşınmaz əmlaka olan tələb hər zaman yüksək səviyyədədir. Bazarda tələbat çox olsa da, qiymətlərin artması bəzən vətəndaşlar üçün əlçatan olmur. Hesab edirəm ki, ipoteka kreditlərinin verilməsi ilə bu sahədə dinamiklik yaşanacaq”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin