Türkiyədə meşələri yandıran terrorçu öldürüldü

12

Türkiyə kəşfiyyatı – Milli İstihbarat Təşkilatı (MİT) ölkə ərazisində meşə yanğınları törədən PKK terrorçusunu məhv edib.

yasamal.tv xəbər verir ki, bu barədə Türkiyə KİV xəbər yayıb.

Qeyd olunur ki, PKK qruplaşmasının üzvü Sabah Oğur Suriyanın Hələb şəhərində zərərsizləşdirilib.

​Sabah Oğur “İnterpol”un “qırmızı xətti” ilə axtarışda olub.

O, Türkiyə, İraq və Suriyada fəaliyyət göstərən kürd yaraqlılarla daimi əlaqədə olub, müxtəlif terror aksiyalarının hazırlanmasında və təşkilində yaxından iştirak edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin