Dünyada yeni növ koronavirusa yoluxanların sayı 5 milyon 306 min 237 nəfərə çatıb.
Azvision.az “Worldometers”-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 340 min 47 nəfərdir. İndiyədək 2 milyon 160 min 159 nəfər xəstəlikdən sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkədə qeydə alınıb.