“Rusiya Baş nazir müavinlərinin həmsədrliyi ilə profilli üçtərəfli işçi qrup vasitəsilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məqsədilə Bakı və İrəvanla əyani işi davam etdirir”.
yasamal.tv-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.
O vurğulayıb ki, işçi qrup çərçivəsində Azərbaycanın, Ermənistanın suverenliyinə hörmət əsasında qurulacaq və bütün Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi rifahına xidmət edəcək konkret marşrutlar üzrə paket həll variantı razılaşdırılır.