Dünya Kuboku ləğv edildi

13

Martda İspaniyanın Marbelya şəhərində keçirilməsi planlaşdırıldığı halda koronavirus pandemiyasına görə təxirə salınmış bədii Gimnastika üzrə Dünya Kuboku barədə qərar verilib.

“Report” Beynəlxalq Gimnastika Federasiyasının (FIG) rəsmi saytına istinadən xəbər verir ki, bir neçə dəfə təxirə salınmış turnir yekunda ləğv edilib.

Təqvimdə hələ ki, Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək dünya çempionatı var. Yarış təxirə salınıb, amma ləğv olunmayıb.

Qeyd edək ki, daha öncə 24 – 26 apreldə Bakıda keçirilməsi nəzərdə tutulan bədii gimnastika üzrə Dünya Kuboku təxirə salınıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin