Niderland Ukraynaya 80 milyon avro məbləğində əlavə yardım paketinin ayrılacağını açıqlayıb.
yasamal.tv xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yardımın 65 milyon avroluq hissəsi Ukraynaya yardım və investisiyalar şəklində təqdim ediləcək. Daha 10 milyon avro minaların və digər hərbi sursatların zərərsizləşdirilməsi layihələrinə ayrılacaq. Qalan məbləğ isə bir sıra şəhərlərin yenidənqurmasına, makroiqtisadi islahatların aparılmasına, həmçinin seksual və gender zorakılığı qurbanlarına dəstək məqsədilə ayrılacaq.