Şəmkirdə yol qəzası: 4 yaralı

10

Şəmkirdə avtomobil qəzasında bir ailənin 4 üzvü xəsarət alıb.

yasamal.tv-ın məlumatına görə, hadisə rayonun “Karaz yolu” adlanan avtomobil yolunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində, bir ailənin 4 üzvü – 1989-cu il təvəllüdlü L.Qurbanova, 2009-cu il təvəllüdlü N.Qurbanov, 2011-ci il təvəllüdlü R.Qurbanov və 1985-ci il təvəllüdlü N.Qurbanov xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı digər avtomobildə olanlar ciddi xəsarət almayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin