UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

8


UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

yasamal.tv xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya “Real Madrid”inin qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Brüynedir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin