Bakı Nəqliyyat Agentliyi auditor seçir

11

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi və maliyyə hesablarına audit rəyi üçün kotirovka sorğusu elan edib.

yasamal.tv xəbər verir ki, kotirovkada iştirak haqqı 100 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 8-i, saat 12:00-a qədər BNA-nın Bakı şəhəri, Ziya Bünyadov küçəsi, 111 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə avqustun 9-u, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin