Zaqatalada yol qəzası: xəsarət alanlar var

10

Zaqatala rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

yasamal.tv-ın məlumatına görə, hadisə gecə saatlarında Zaqatala şəhəri ilə Yuxarı Tala kəndini birləşdirən “Asma” körpünün üzərində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” və “Mazda” markalı minik avtomobillərinin toqquşması nəticəsində avtomobillərdə olan sürücülər və sərnişinlər xəsarət alıb. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralıların sayı və şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin