İstanbulda ağır yol qəzası: ölən və yaralananlar var

11

Türkiyənin İstanbul şəhərində yol kənarında işləyən fəhlələrə avtomobil çırpılıb.

yasamal.tv xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

Məlumata görə, 34 EIG 330 dövlət nömrə nişanlı yüngül avtomobilinin sürücüsü naməlum səbəbdən idarəetməni itirib. Sürücünün idarəetməsindən çıxan avtomobil əvvəlcə şlaqbaumlara çırpılıb, daha sonra viadukda işləyən fəhlələrin üzərinə aşıb. Qəza törədən maşın işçilərin istifadə etdiyi kran maşınına çırpılaraq dayanıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin