BMT beynəlxalq birlikdən 200 milyard dollardan çox yardım istəyir

11

BMT-nin Baş katibi Antonio Quterreş Afrika ölkələrinə 200 milyard dollardan çox məbləğdə yardım etməsi xahişi ilə beynəlxalq birliyə müraciət edib.

Onun sözlərinə görə, pandemiya Afrikada əldə olunmuş tərəqqiyə təhlükə yaradır. “Bu, mövcud qeyri-bərabərlik, aclıq, doyunca yeməmə və xəstəliklər qarşısında acizlik kimi halları ağırlaşdıracaq. Nəticədə milyonlarla insan ifrat yoxsul vəziyyətinə düşə bilər”, – deyə Quterreş bildirib.

BMT-nin Baş katibi vurğulayıb ki, Afrika ölkələrinin mövcud olan və olacaq hər hansı vaksindən və müalicədən rahat istifadə etmək imkanı olmalıdır. Afrika ilə qlobal səviyyədə həmrəylik nümayiş etdirmək, qitədə və bütün dünyada pandemiyaya son qoymaq lazımdır(azərtac).

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin