Rusiyada hərbi hissədə partlayış: Ölən və yaralananlar var

12

Rusiyada Vladimir yaxınlığındakı hərbi hissədə mərmi partlayıb.

yasamal.tv xəbər verir ki, bədbəxt hadisə nəticəsində dörd nəfər həlak olub, daha dörd nəfər xəsarət alıb.

Yaralılardan biri xəstəxanaya yerləşdirilib, üçünə isə yerindəcə tibbi yardım göstərilib.

O da bildirilir ki, partlayış hərbi hissənin anbarında qeydə alınıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin