Türkiyənin Manisa əyalətinin Soma rayonunda özəl mədəndə qəza olub.
yasamal.tv-ın məlumatına görə, işçiləri daşıyan monorels platformaya çırpılıb. Hadisə nəticəsində 10 şaxtaçı xəsarət alıb. Yaralılar özəl xəstəxanalardan birinə çatdırılıb, onların həyatı üçün təhlükə olmadığı bildirilir.
Hadisə ilə bağlı ilkin araşdırmalara başlanılıb.