“Ukrayna iyulun 1-dən Rusiya ilə viza rejimi tətbiq edəcək”.
yasamal.tv xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
– Ukrayna Rusiya Federasiyası ilə viza rejimi tətbiq edir… Nazirlər Kabinetinin planlaşdırılan qərarına əsasən, 2022-ci il iyulun 1-dən Ukrayna Rusiya Federasiyası vətəndaşlarının ölkəyə girişi üçün viza rejimi tətbiq edəcək, – Zelenski Telegram kanalında yazıb.
Qeyd olunur ki, Nazirlər Kabineti cümə günü Ukrayna hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında iki ölkə vətəndaşlarının vizasız gediş-gəlişi və Ukrayna ilə Rusiya arasında bəzi beynəlxalq müqavilələrin tətbiqi haqqında sazişə xitam verilməsi barədə qərar verməlidir.