Deputat: Müharibə veteranlarına verilən təqaüd artırılsın

11

“Sosial müdafiə və təminat sahəsinə 3 milyarddan çox vəsait ayrılıb. Amma hazırda çoxlu müraciətlər, narazılıqlar var”.

yasamal.tv-ın   məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Tahir Kərimli deyib.

O qeyd edib ki, həmin sahədə qənaət edilən vəsaitlər hesabına qazilərin problemləri həll edilə bilər.

Deputat əlavə edib ki, müharibə iştirakçılarına diqqət artırılmalıdır.

“Onlar şəhid olmayıbsa, yaralanmayıbsa, o demək deyil ki, diqqətdən kənarda qalmalıdırlar. Müharibə veteranlarına verilən 80 manat təqaüd azdır, bu məbləği artırmaq lazımdır”, – Tahir Kərimli əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin