“Azərbaycan və Türkiyə Ermənistanla sərhədləri açmağa hazırdır”

13

“Azərbaycan qardaş Türkiyə ilə birgə Qafqazın yeni coğrafiyasını yaradır”.

yasamal.tv xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mediasına müsahibəsində deyib.

“Azərbaycan və Türkiyə öz sülhsevər mövqelərini Ermənistana çatdırır. İki ölkə sinxron olaraq Ermənistanla münasibətləri normallaşdırmağa, sərhədləri açmağa hazırdır. Lakin Ermənistan Türkiyə və Azərbaycanın torpaqlarına qarşı iddialarından əl çəkməlidir”, – deyə H.Hacıyev vurğulayıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin