Mikayıl Cabbarova yeni müşavir təyin edilib

12

İqtisadiyyat Nazirliyində yeni təyinat olub.

yasamal.tv xəbər veirr ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Belə ki, İqtisadiyyat nazirinin müşaviri vəzifəsinə Sahir Məmmədxanov təyin olunub.

S.Məmmədxanov 1993-cü ildə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyində müfəttiş, 1994-1999-cu illərdə qədər müfəttiş, şöbə rəisi kimi işləyib.

1999-cu ildə “İri vergi ödəyiciləri ilə iş üzrə” Baş idarə rəisinin müavini, daha sonra həmin ildən 2001-ci ilədək Baş idarənin rəisi vəzifəsində çalışıb.

2001-2009-cu illərdə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.

Azərbaycan Respublikası Prezidentinin 04 mart 2009-cu il tarixli Sərəncamı ilə Vergilər nazirinin müavini vəzifəsinə təyin edilib. 29 mart 2016-cı ildən isə Vergilər nazirinin birinci müavini vəzifəsində çalışıb.(trend)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin