Salyanda kişinin intihar faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
yasamal.tv-ın məlumatına görə, hadisə rayonun Marışlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Abışov Vasif Vaqif oğlu özünü evin həyətindəki yarımtikilidə asıb.
İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.