Serbiya Rusiyadan daha 10 il qaz almaq istəyir

12


Serbiya Rusiya ilə dövlət şirkətləri səviyyəsində qaz tədarükü üçün yeni müqavilə üzrə danışıqlara başlayıb və təbii qazı 1000 kubmetr üçün 950 dollar olan cari bazar qiymətindən xeyli aşağı qiymət alacağını gözləyir.

yasamal.tv xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç bildirib. “Srbiyaqaz” və “Qazprom” arasında Rusiyadan Serbiyaya sutkada 6 milyon kubmetr qazın min kubmetri 270 dollardan tədarükü üçün mövcud müqavilə mayın 31-də başa çatır.

Serbiya hakimiyyəti Rusiya tərəfi ilə növbəti müqaviləni 10 il müddətinə imzalamağı planlaşdırdıqlarını bildirib: “Bizim hesablamamıza görə, qiymət min kubmetr üçün 270 dollarda qala bilməyəcək, amma mütləq aşağı olacaq, indi bazar qiyməti olan 950 dollardan çox aşağı olacaq”-deyə, o bildirib.

Zorana Mixayloviç bir daha qeyd edib ki, 2023-cü ilin sentyabrında o, Bolqarıstanla Niş-Dimitrovqrad birləşdirici qaz kəmərinin tikintisinin başa çatacağını gözləyir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin