“Azarkeşlərsiz futbol qoca kişilərin oyununa bənzəyir” – Müller

13

“Bavariya”nın hücumçusu Tomas Müller Bundesliqanın bərpası haqda danışıb.

Fanat.Az “Bild”ə istinadən xəbər verir ki, Müller azarkeşlərsiz keçirilən oyunları qocaların futbolu ilə müqayisə edib:

“Azarkeşlərsiz futbol qoca kişilərin oyununa bənzəyir. Saat 19:00, projektorlar… – atmosferi nəzərdə tuturam. Lakin top hərəkət etməyə başlayan kimi bütün diqqətimizi oyuna yönəltdik.

Avqust ayında oynanılan mövsümün ilk matçları kimi, görüşdən əvvəl müəyyən tərəddüdlərimiz var idi. Amma şəxsən mən işlərin qaydasında gedəcəyindən əmin idim. Oyundan öncə hər şey açıq şəkildə izah edilmişdi. Bizim kimi, “Union Berlin” də hazırlıqlı idi. Start fitindən əvvəl bir-birimizin əlini sıxmadıq”.

Qeyd edək ki, “Bavariya” səfərdə “Union Berlin”i 2:0 hesabı ilə məğlub edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin