İanələrin kartla ödənilməsinə şəxsən nəzarət edirəm – Hacı Şahin

11

Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətlisi, din xadimi Hacı Şahin Həsənlinin adından ianələr, eləcə də Ramazan bayramı ərəfəsində fitrə zəkatı ödənişi ilə bağlı kart hesabı paylaşılıb.

yasamal.tv xəbər verir ki, tənqidlərə səbəb olan paylaşım din xadiminin “Facebook” hesabından edilib.

Əslində bir müddət əvvəl “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklə Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edə biləcəklər.

Bununla belə, aparılan müzakirələrə cavab almaq üçün Hacı Şahinin özü ilə əlaqə saxladıq. QMİ rəsmisi Modern.az-a danışarkən bildirib ki, ianələrin, fitrə zəkatının kart hesabı ilə ödənilməsində heç bir qəbahətli iş olmadığını bildirib.

İlahiyyatçı deyib ki, eyni hal Ramazan ayında da yaşanıb:

“Fitrə zəkatı vacib bir əməldir, Ramazan ayı bitdikdən sonra ödənməlidir. Məsciddə çıxışlarımızda da qeyd edirdik ki, insanlar fitrə zəkatını öz tanıdığı, yoxsul insanlara versinlər. İl ərzində bizə xeyli yoxsul insan müraciət edir. Biz də onların ehtiyacını az da olsa ödəmək üçün yardım aksiyaları təşkil edirik. Hazır adlar siyahısı var ki, biz ianələri onlara çatdırırıq. Ancaq bəzi insanlar var ki, deyir “mənim ətrafımda yoxsul insan yoxdu, tanımıram”. Ona görə də yardım etmək üçün kart hesabı istəyirlər”.

Hacı Şahin eyni zamanda, xaricdə yaşayan, yardım etmək istəyən şəxslərin də işini asanlaşdırmaq üçün kart hesabının əlevişli olduğunu deyib:

“Xaricdə yaşayan soydaşlarımız da var ki, onlar da yardım etmək üçün kart hesabı istəyirlər. Bunda da qəbahətli bir şey olmadığı üçün biz o cür kart hesablarını yerləşdiririk. Bunun nə üçün müzakirəyə səbəb olduğunu da bilmirəm. Bəzi vaxtlarda dini geriçilik kimi başa düşənlər, ianələrin, fitrə zəkatının da dədə-baba qaydası ilə ödənilməyinə rişxənd edirlər. Müasir dövrdə bu çox adi bir şeydir, insanlar istənilən ehtiyacını kart hesabı ilə ödəyə bilirlər. Məsciddə də dedim ki, bu proses şəxsən mənim nəzarətimlə həyata keçirilir”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin