Həkimlər bu üsulla qocalmanı dayandıracaq

10

“Bu gün DNT-nin xəstəliklərin diaqnostikası və müalicəsi, genetik manipulyasiya texnologiyalarının tədqiqat və təkmilləşdirmə fəaliyyətlərində istifadə olunması, geni dəyişdirilmiş orqanizmlərin əldə edilməsi, biomüdafiə, məhkəmə və hüquqi proseslərin həllolunması üçün çox vacibdir.

yasamal.tv xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Yavər Hacısoy bildirib.

Y.Hacısoy qeyd edib ki, DNT texnologiyasının prenatal genetik diaqnostikada istifadəsi ilə xəstəliklərin ana bətnində müəyyən edilməsi mümkün olub:

“Genetik mühəndisliyi sahəsində aparılan tədqiqatların nəticəsi olaraq gələcəkdə insan DNT-si üzərində dəyişikliklər etmək üçün daha təsirli, dəqiq üsul və avadanlıqların inkişaf etdirilməsi nəzərdə tutulub. Bu gün müalicəsi olmayan bir çox xəstəliklərdən insanların şəfa tapması gələcəkdə reallaşa bilər. Buna misal olaraq, genetik mexanizmləri tam bilinməyən bəzi sonsuzluqların müalicəsi, əksər irsi xəstəliklərin nəsildən-nəsilə ötürülməsinin qarşısı alına bilər. Qocalmanın dayandırılması və ya ləngidilməsi kimi ciddi yeniliklərin mümkünlüyü gözlənilir”.(modern.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin