Rusiyanın 4 diplomatı Avstriyadan qovulub

10

Avstriya Xarici İşlər Nazirliyinin (XİN) persona non-qrata elan etdiyi 4 rus diplomatı ölkəni tərk edib.

yasamal.tv  xəbər verir ki, bu barədə Avstriya XİN-dən bildirilib.

Nazirlik həmin diplomatları aprelin 7-də persona non-qrata elan etmişdi.

Məlumata görə, onlar diplomatik statusları ilə uzlaşmayan davranışlarına görə qovulublar.

Qeyd edək ki, Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski Vyananın qərarını əsassız və qeyri-dost hərəkət adlandırıb.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin