“Gəncədə 16 yaşlı qızın ana olması ilə bağlı araşdırma aparılır”.
yasamal.tv xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.
O qeyd edib ki, Gəncə Şəhər Baş Polis İdarəsində araşdırmalara başlanılıb və məsələyə hüquqi qiymət veriləcək.
Qeyd edək ki, ana və uşağın vəziyyəti normal qiymətləndirilir.