İsveç Rusiyanın 3 diplomatını persona non-qrata elan edəcək.
yasamal.tv xəbər verir ki, bu barədə İsveç Xarici İşlər Nazirliyindən bildirilib.
Rəsmi Moskvanın daha bir təmsilçisi Avropa ölkələrinin rusiyalı diplomatları qovmasına münasibət bildirib. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib ki, belə addımlar Avropa ölkələri ilə ikitərəfli münasibətlərə zərbə vura bilər.
“Aydındır ki, bu kampaniya əvvəlcədən hazırlanıb. Diplomatik kanallar vasitəsilə ikitərəfli münasibətlərə zərbə vurulur. Biz kimsəylə münasibətlərimizi kəsmirik. Qərb dövlətlərinin qeyri-dost hərəkətlərinin isə sərhədi görünmür”, – nazir müavini söyləyib.