Rusiya Prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyan ilə telefon danışığı aparıb.
yasamal.tv xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ bölgəsində sabitliyin qorunması ilə bağlı fikir mübadiləsi aparıblar. Əlavə edilir ki, Putinlə Paşinyan arasında söhbət zamanı Qarabağla bağlı üçtərəfli razılaşmalara ciddi əməl olunmasının zəruriliyi təsdiqlənib.