FIFA prezidenti: “Dünya çempionatı bölünmüş dünyaya sülh mesajıdır”

10

“Dünya çempionatı bölünmüş dünyaya sülh mesajıdır”.

yasamal.tv-ın  məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Qətərin paytaxtı Dohada 2022-ci il dünya çempionatının püşkatma mərasimindən öncə deyib.

Funksioner bildirib ki, hazırda dünya çətin dövrdən keçir: “Futbol ictimaiyyəti adından dünya liderlərinə çağırış edirik. Müharibəni dayandırmaq lazımdır”.

O, mundialın Qətərdə keçirilməsinin artıq gerçəkliyə çevrildiyini söyləyib: “Az sonra püşkatmaya start veriləcək. Hər birinizi bu mərasimdən zövq almağa dəvət edirəm”.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin