“İzvestiya”nın müxbirini snayperlə vurdular

9

Ukraynada daha bir jurnalist yaralanıb.

yasamal.tv   xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, “İzvestiya”nın hərbi müxbiri Rodion Severyanovu Mariupol yaxınlığında vurublar. Snayper onun ayağını nişan alıb.

Telekanalın saytında yerləşdirilən xəbərdə qeyd edilir ki, hadisə ilə bağlı məlumat martın 29-da daxil olub və hazırda jurnalistin vəziyyəti, onun hansı şəraitdə yaralanmasına dair məlumatlar dəqiqləşdirilir.

Qeyd edək ki, Ukraynada müharibə başlayandan bir neçə jurnalist döyüşlərin qurbanına çevrilib. Onların arasında əcnəbilər də var. (azvision.az)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin