Britaniya kraliçası II Yelizaveta koronavirus infeksiyasına yoluxduqdan sonra Vindsor qəsrini gəzməyi asanlaşdırmaq üçün 62 min funt-sterlinqə qolf arabası alıb.
yasamal.tv xəbər verir ki, satınalma, güman ki, martın ortalarında – monarxın yoluxucu xəstəlikdən əziyyət çəkməsindən bir neçə həftə sonra həyata keçirilib.
Bəzi mənbələrə görə, kraliça əlil arabasında çox vaxt keçirməyə məcbur olur. O, xalq qarşısına çəliklə çıxır.
Alınan avtomobilə gəlincə o, dörd nəfər üçün nəzərdə tutulub və maksimum 70 km/saat sürət yığa bilir.
Mətbuatın “Kraliçamobil” adlandırdığı avto “Bluetooth” dinamikləri, qızdırılan ön şüşə, 14 düymlük yüngül lehimli disklər, soyuducu və əyləncə ekranı ilə təchiz edilib.
Qeyd edək ki, koronavirusun fəsadlarına və sağlamlığının pisləşməsinə baxmayaraq, II Yelizaveta taxtdan imtina etmək niyyətində deyil.