ABŞ-ın Qərbi Virciniya ştatında yaşayan Merrill Pittman Kuper 101 yaşında arzuladığı lisey diplomunu əldə edib.
Militribuna.az xəbər verir ki, o, uğurlu karyera qursa da, orta məktəb diplomu olmadığı üçün həmişə peşmanlıq hissi keçirib.
Kuper 1934-1938-ciillər arasında Storer Kollecində təhsil alıb. Lakin maddi səbəblərdən təhsilini dayandırmalı olub.
Nəhayət 2018-ci ildə yaşlı adam “Jefferson County Schools”a daxil olmağı bacarıb.
Kuperə fəxri diplom ailəsinin də qatıldığı xüsusi buraxılış mərasimində təqdim edilib.