“Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması”layihəsi həyata keçirilir

11

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi (“Ekoloq”ƏMQY İB) tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tibbi tullantıların idarə olunması üzrə monitorinqlərin və maarifləndirmə işinin aparılması”layihəsi həyata keçirilir.

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin Mətbuat Xidmətindən yasamal.tv-a verilən məlumata görə,  Bakı və regionlarda fəaliyyət göstərən özəl və dövlət klinikalarında tibbi tullantıların idarə olunması prosesinin monitorinqini aparılacaq. Aparılan monitorinqlərin nəticələrinə uygun olaraq hesabat sənədi hazırlanacaq,təklif və tövsiyyələr dövlət orqanlarına,Parlamentə təqdim olunacaq. Eyni zamnda bu istiqamətdə regionlarda fəaliyyət göstərən MPM-də maarifləndirici seminarlar həyata keçiriləcək. Layihə fəaliyyəti dövründə müvafiq dövlət orqanları ilə əməkdaşlıq və prespektivli fəaliyyətlər nəzərdə tutulub ki,bu da layihənin davamlılığı üçün əhəmiyyətlidir.

Bu məqsədlə “Ekoloq”ƏMQY İB-nin rəhbəri Rübabə Hüseynli və Tibbi Ərazi İdarəetmə Bölmələrinin İdarəetmə Birliyinin(TƏBİB) Strateji İnkişaf departamentinin rəhbəri Yaqut Qarayeva arasında görüş keçirilib. Görüş zamanı layihə fəaliyyətləri haqqında geniş məlumat verilmiş və əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə TƏBİB-in Insan Resursları departamentinin Təlim və Karyera planlaşması şöbəsinin müdiri Anar Mirzəyev və Sağlamlıq,Əməyin Təhlükəsizliyi və Ətraf Mühit şöbəsinin məsləhətçisi Gülnarə Ysifova iştirak ediblər.  Məlumat üçün bildiririk ki,layihə  Beyləqan,İmişli,Saatlı və Şirvan rayonlarında həyata keçiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin